Cümə , 2 May 2025
Drone Cameras

DİN: “Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”

Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək.

Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir və seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür.

“İnzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”, – deyə nazir müavini bildirib.

Check Also

Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlarda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli …