Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şuşadakı ilk yeni yaşayış kompleksinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır

Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Boyukmillet.com-un xəbərinə görə, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır.

Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …