Bazar , 19 May 2024
Drone Cameras

Dövlət Komitəsinin sədri: “Bakının Baş Planı üzərində iş başa çatıb”

Bakının Baş Planı üzərində iş başa çatıb və tezliklə təsdiq ediləcək.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mütəxəssislərin Bakıya gəlmək imkanı olmayıb, odur ki, məsələ bir az uzanıb. Sənəd hazırdır. Bir qədər əvvəl Bakıda və Sumqayıtda müəyyən sərhəd dəqiqləşmələri olub və bu məsələlər Baş Plana daxil edilib, yaxın günlərdə sənəd Nazirlər Kabinetinə yenidən təqdim ediləcək və tezliklə təsdiq olunacaq”, – deyə o qeyd edib.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …