Bazar , 19 May 2024
Drone Cameras

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun mövzusu açıqlanıb

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun mövzusu “Sülh şəraitində davamlı inkişaf edən şəhərlər və qəsəbələr” olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakının Forumun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Azərbaycan postmünaqişə dövrü ilə bağlı çox böyük təcrübə əldə edib. Biz dağılmış evləri təmir etməklə yanaşı, sıfırdan yeni, müasir şəhərlər inşa edirik. Artıq o şəhərlərə insanlar köçməyə başlayıb. Ona görə də Azərbaycanın bu təcrübəsi bir çox ölkələrə maraqlıdır”, – deyə o qeyd edib.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …