Çərşənbə axşamı , 8 Aprel 2025
Drone Cameras

Oğuzda avtomobil “Aztelekom”un əməkdaşını vurub

Oğuz rayonunda avtomobil “Aztelekom”un əməkdaşını vurub.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan şəxs “Aztelekom”un Oğuz şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Ermənistana 12 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşları İrandan ölkəyə daxil olan yük maşınında böyük miqdarda narkotik aşkar …