Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi “Pence-Kilit” əməliyyatı bölgəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.
“12 yanvar 2024-cü il tarixində “Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.
İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – nazirlikdən bildirilib.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.