Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub.

Check Also

Aİ Kiyevi atəşkəs fonunda dəstəkləməyə davam edəcəyini açıqlayıb

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi “pasxa atəşkəsi” …