Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Check Also

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar …