Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb. X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …