Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ötən il qanunsuz silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib

Ötən il qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

Ümumilikdə, 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.

Qeyri-leqal dövriyyədən 3.487 ədəd müxtəlif nominallı saxta əskinas, istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …