Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın XİN başçısı Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Nazir söyləyib ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …