Bazar , 12 May 2024
Drone Cameras

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Türkiyədə işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov bu gün bir sıra ikitərəfli görüşlər keçirib.

İlk olaraq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.

Check Also

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə …