Bazar , 24 Noyabr 2024
Drone Cameras

DSK tanınmış hərəkatçının namizədliyini qeydə almadı – Bu “səbəblərdən”

22 saylı Nəsimi II Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülmüş tanınmış hərəkatçı, iş adamı Cahandar İsmayılovun kampaniyada iştirakı (Bayoğlu) DSK tərəfindən süni maneələrlə dayandırılıb. Belə ki, onun qeydə alınmaq üçün DSK-ya təqdim etdiyi 63 imza keçərsiz elan edilib. Bu barədə saytımıza Cahandar İsmayılovun Seçki Qərargahından məlumat verilib. Məlumatda bildirilir ki, keçərsiz hesab edilən 63 imzadan 50-nin Cahandar İsmayılovun başçılıq etdiyi özəl müəssisədə çalışan şəxs tərəfindən toplandığından, 13 imza isə digər səbəblərdən etibarsız sayılıb. Bundan başqa, Cahandar İsmayılov tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2007-ci ildə açılmış və bir il sonra bağlanmış VÖEN barədə məlumat verilməməsi əsas gətirilib. Qərargah nümayəndəsinin fikrincə, Seçki Məsəlləsində namizədin son bir illik maliyyə hesabatı tələb olunduğundan 2008-ci ildə bağlanmış VÖEN-ə görə, namizədin qeydə alınmaması qanunsuzluqdur.

“Cahandar İsmayılov dövlət maraqlarını hər şeydən üstün tutan, ölkədə aparılan islahatlar kursunu ciddi şəkildə dəstəkləyən şəxsdir. DSK-nın bu cür məntiqsiz və qanunsuz hərəkətləri islahatlar dalğasında keçirilən seçkilər üçün arzuolunmaz haldır”- qərargah nümayəndəsi bildirib.

Cahandar İsmayılovun DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyi gözlənilir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …