Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkilərində səsvermə başlanıb.
Bu barədə Azərbaycanın Çindəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.
“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkiləri ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkilərə bayram əhval ruhiyyəsində qatılırlar”, – Azərbaycanın diplomatik missiyası vurğulayıb.