Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

MDB PA missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqinə başlayıb

MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb.

Boyukmillet.com  xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan parlamenti Senatının sədr müavini Jakip Asanov başçılıq edir.

J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.

Saat 08:00-da səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyasının rəhbəri buradakı şəraitlə tanış olub və seçki məntəqəsinin rəhbərinə bir sıra suallar verib.

Məntəqə sədri Süleyman Əliyev burada seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək bir neçə gündür həm yerli, həm də xarici müşahidəçilərin bu məntəqəni ziyarət etdiyini vurğulayıb.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …