Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb.

Məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərib.

Bildirilib ki, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.

Məlumata görə, Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Nikolayevskdə 1 nəfər ölüb, yaralananlar və dağıntılar var.

Hücumda İran istehsalı olan “Shahed” PUA-larından da istifadə olunduğu bildirilib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …