Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiya KİV-ləri prezident seçkilərinin gedişatını işıqlandırıblar

44 günlük müharibə və antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Qarabağ əraziləri daxil olmaqla, Azərbaycanda ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Arqumentı i faktı” (AiF), “Nezavisimaya qazeta” və “Moskovski komsomolets” nəşrlərində xəbərlər dərc olunub.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası nəticəsində bütün respublika üzrə ilk dəfə seçkilər keçirilir”, – qeyd olunub.

Rusiya KİV-ləri seçkilər, namizədlər və digər məlumatları oxucularına çatdırıb.

“Arqumentı i faktı” nəşrində vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi şəhərində səs veriblər.

“Nezavisimaya qazeta” qeyd edib ki, davam edən seçkiləri 88 ölkədən müşahidəçilər izləyirlər.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …