Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində aşkar olunan 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb.

Həmçinin ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 16 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürülüb. Keçirilən tədbirlərlə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 4 patron darağı və 116 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …