Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qubada əməliyyatlar zamanı 5 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən Quliyev və Quba rayon sakini Tural Əliyev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …