Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir – EKSKLÜZİV

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.

Boyukmillet.com “Report”un əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …