Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Türkiyə və Ermənistan XİN başçıları münasibətləri tam normallaşdırmağa hazır olduqlarını təsdiqləyiblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ermənistanlı həmkarı Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Görüşdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib və tərəflər münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin dünyadakı və regiondakı vəziyyəti də müzakirə ediblər.

Check Also

Gürcüstan Prezidenti: Parlamentin iclası Konstitusiyaya ziddir

Parlamentin ətrafına çox sayda polis qüvvələri cəmlənib Gürcüstan Prezidenti Salome Zurabişvili 11-ci çağırış parlamentin ilk …