Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı (Aİ) arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib.
Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, 57 deputat sənədin lehinə səs verib, əleyhinə isə heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb.
Qeyd edilib ki, razılaşma Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyaya və onun şəxsi heyətinə şamil edilir və bu ölkədəki missiyanın funksiyalarını müəyyən edir. Ermənistan KİV-inin məlumatına görə, missiyanın fəaliyyəti həm də Aİ ilə Ermənistan arasında siyasi münasibətlərin yaxınlaşmasının sürətləndirilmiş prosesləri nöqteyi-nəzərindən tənzimlənir.