Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq

“Tehran və Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşmalar əldə olunub və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA agentliyinə müsahibəsində bildirib.

“Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək. Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də dayanır”, – deyə o qeyd edib.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …