Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Sankt-Peterburqda yaşayan 400-dən çox miqrant ölkədən niyə qovulur?

Sankt-Peterburqda keçirilmiş reydlər nəticəsində 400-dən çox miqrant saxlanlıb.

Bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Daria Lebedeva məlumat verib.

Onun sözlərinə görə, miqrasiya qanunlarını pozmuş 418 əcnəbi Rusiyadan məcburi şəkildə çıxarılacaq.

Lebedeva qeyd edib ki, martın 25-dən 29-dək Sankt-Peterburq məhkəmələrinə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 584 iş daxil olub ki, onlardan 515-nə baxılıb, 418 qanun pozucusu ölkə hüdudlarından kənara məcburi deportasiya olunmaqla cəzalandırılıb. Daha 48 nəfər cərimə ödəməli və müstəqil şəkildə Rusiyanı tərk etməlidir.

Qeyd edək ki, Tacikistan vətəndaşlarının təqsirləndirildiyi “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının istintaqı fonunda Rusiya boyu reydlər keçirilir.//Oxu.az

Check Also

BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib

Regionda mövcud gərginlik dövründə Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, öz ərazisindən və …