Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: Ermənilər hərəkətləndi, ağır artilleriyalar… – RƏSMİ

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

“Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək” – məlumatda qeyd edilib.

Check Also

Deputat: Əldə etdiyimiz uğurların təməlində Heydər Əliyev siyasəti dayanır

Ümummilli Lider Heydər Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır. Boyukmillet.com xəbər …