Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvan Nazirlər Kabineti bir sıra qərarları ləğv edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən mart ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Qurumun mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən imzalanmış 2024-cü il 18 mart tarixli Sərəncamla Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin balansında, İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsi nəzərdə tutulan əsas vəsaitlərin Siyahısı təsdiq edilib.

Həmçinin, 2024-cü il 28 mart tarixli Sərəncamla Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun nizamnaməsi və strukturu, habelə nizamnamə fondunun məbləği barədə təkliflərini iki həftə müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan başqa, müvafiq qərarlarla “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli, “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 18 yanvar tarixli, “Bilik və və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli qərarları ləğv edilib.

Eyni zamanda, Naxçıvan Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən, “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli qərarları ləğv olunub.

Nazirlər Kabinetinin 2024-cü il 29 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollegiyasının üzvlərinin sayı və tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli Qərarı da ləğv edilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …