Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Türkmənistan Baş prokurorunun müavini Azərbaycanda işgüzar səfərdədir

Türkmənistan Baş prokurorunun müavini Rəhim Atayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

Görüşdə Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Rəhim Atayev ölkəsinin prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov da iştirak edib.

Check Also

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı

Pirəkəşkül və Ağdərədə 8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş …