Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 10 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə “Report”un Cənub bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …