Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib

Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqavilə 2024-cü ildə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırılır.

Check Also

Türkiyə Rusiyadan boru qazı idxalını artırıb, maye qaz alışını isə dayandırıb

Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü …