Şənbə , 28 Mart 2026
Drone Cameras

Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici agentlər” haqqında qanuna görə “Gürcüstana qarşı siyasəti dəyişdirməklə” hədələyən amerikalı senatorlara sərt cavab verib.

Boyukmillet.com xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiya Fondu Gürcüstanda konkret olaraq nəyi maliyyələşdirdiyini açıqlamır.

“Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır. Pulların nəyə xərcləndiyi bu günə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə saldığını göstərir”, – deyə Ş.Papuaşvili vurğulayıb.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …