Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Ramil Usubovun qardaşı oğlu restoranda bıçaqlanıb

Nərimanov rayonunun keçmiş prokuror müavininə qarşı baş verənlərlə əlaqədar cinayət işi başlanıb

Prezident yanında Təhlükəsizlik Şurasının katibi, keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu Zeynal Usubovun bıçaqlandığı bildirilir. Məlumata görə, hadisə iyulun 9-da gecə saatlarında Bakıda – Azadlıq prospektində yerləşən “Hollywood” restoranında baş verib.

Nərimanov rayonunun prokuror müavini olmuş Zeynal Usubovun xəstəxanaya çatdırıldığı və üzərində cərrahiyyə əməliyyatı aparıldığı bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında işləyib. O, bir müddət əvvələ qədər Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışırdı. Zeynal Usubov 2023-cü ildə prokurorluqda vəzifəsindən azad edilib.

Onun atası Mütəllim Orucov isə uzun illər əvvəlki MTN və hazırkı DTX-da müxtəlif vəzifələrdə işləyib. O, MTN-in Yasamal şöbəsinin rəisi olub. Həmçinin Antiterror Mərkəzinə də rəhbərlik edib.

“Hollywood” restoranı Bakıda tikinti biznesilə məşğul olan iş adamı, “Şərurlu İsgəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsusdur. O, “pravda.az”a açıqlamasında restoranı 10 illik icarəyə verdiyini və bu üzdən hadisədən xəbərsiz olduğunu bildirib.

Check Also

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb. “Report”un yerli …