Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Səfir: Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib

Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib.

Səfir Türkiyə və Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəaliyyətinin və rolunun artırılması ilə bağlı görülən işlər haqqında danışıb:

“Türkiyənin 2024-cü ildəki fəaliyyət planında qadına şiddətin qarşısının alınması ilə bağlı ciddi tədbirlər nəzərdə tutulub. Azərbaycanda da qadın və uşaq hüquqları ilə bağlı önəmli addımların atıldığını, vacib qanunların qəbul edildiyini, müxtəlif tədbirlərin həyata keçirildiyini görürük. Bu istiqamətdə Türkiyə dövləti olaraq rəsmi Bakı ilə təcrübələri paylaşmağa həmişə hazırıq. Hətta ölkələrimiz arasında bu istiqamətdə fəaliyyət planı mövcuddur və bunu birlikdə həyata keçiririk”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …