Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanovla vida mərasimi keçirilib

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, o, 12 yanvar 1967-ci ildə anadan olub. Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayıb. Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

Check Also

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub

Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Boyukmillet.com xəbər …