Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.

Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.

A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Check Also

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub

Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Boyukmillet.com xəbər …