Bazar , 15 Sentyabr 2024
Drone Cameras

Azərbaycanlı mütəxəssislər İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər

Azərbaycanlı mütəxəssislər Pakistanın paytaxtı İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər.

Boyukmillet.com xəbər verir ki, Bakı və İslamabad arasında Anlaşma Memorandumunun icrası çərçivəsində birinci mərhələdə Azərbaycan mütəxəssisləri Srinaqar şossesinin, Şəkərpərian mərkəzi şəhər meydanı, Səidpur kəndi və “Melodi Fud-park”ın yenidən qurulmasında iştirak edəcəklər.

Bildirilib ki, Bakıdan olan bağçılıq üzrə ekspertlər qrupu qarşıda duran məsələləri müzakirə etmək üçün paytaxt İslamabadın İnkişaf İdarəsinin sədri Məhəmməd Əli Randhava ilə görüş keçirib.

Qeyd edilib ki, Azərbaycan da bağçılıq üçün müxtəlif alət və avadanlıqları Pakistana təhvil verəcək, bakılı mütəxəssislər İslamabadda şitillik salacaqlar.

Ə.Randhava, həmçinin idarənin mühəndislik şöbəsinə azərbaycanlı mütəxəssislərə texniki dəstək göstərməyi tapşırıb.

Check Also

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan “Böyük Qayıdış” proqramı …