Nərimanov 20 saylı ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçiciləri ilə görüş keçirir. Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük akt zalında keçirilən görüşə yüzlərlə seçici gəlib.
Görüşdə ölkənin tanınmış ictimai xadimləri, Qarabağ qaziləri, veteranlar, şəhid ailələri də iştirak edir. Seçicilər çıxış edərək Adil Əliyevi dəstəklədiklərini və seçki günü mütləq gəlib ona səs verəcəklərini dilə gətirirlər.