Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

ATƏT-in DTİHB-nin nümayəndəsi ilə teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub

Audiovizual Şurada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib, teleradiolarda seçkiqabağı təşviqatın aparılması müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, Şuranın aparat rəhbəri Fazil Novruzov Şuranın fəaliyyəti, “Media haqqında” Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.

Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilib və digər məsələlərə dair müzakirələr aparılıb.

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …