Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyədə “Narkoçelik-37” əməliyyatı nəticəsində 227 şübhəli saxlanılıb

Türkiyənin 42 əyalətində keçirilən “Narkoçelik-37” əməliyyatı nəticəsində narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 227 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatda 567 ekipaj, 1 418 şəxsi heyət üzvü, 12 aviasiya qurğusu və 37 detektor it iştirak edib.

Nazir bildirib ki, əməliyyat nəticəsində 479 kq narkotik maddə və 160 min 967 ədəd narkotik həb ələ keçirilib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …