Bazar , 29 Mart 2026
Drone Cameras

Tbilisi meri: Aİ-nin Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır

Seçkilər yaxınlaşdıqca Avropa İttifaqının (Aİ) Gürcüstanı vizasız gediş-gəlişi ləğv etməklə hədələməsi adi bir şantajdır.

Boyukmillet.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib.

O qeyd edib ki, seçkilər yaxınlaşdıqca, “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atmağa başlayırıq” bəyanatları daha da aktivləşəcək.

“Vizanın liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, – deyə K.Kaladze vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski sentyabrın 20-də Avropa İttifaqının Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə biləcəyini bəyan etmişdi.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …