Bazar ertəsi , 10 Mart 2025
Drone Cameras

Rəsmi Bakının Suriya və Fələstinlə bağlı mövqeyi açıqlanıb

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qalır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.

Nazir mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyini qeyd edib. 

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.

Nazir çıxışı zamanı, bugünkü iclasda Suriyanın İƏT-də üzvlüyünün bərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədə davamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadə olunub.

Check Also

Tramp İranla bağlı elə sözlər dedi ki… – “Bu xalqı incitmək istəmirəm, amma…”

ABŞ prezidenti Donald Tramp “FOX News”a verdiyi müsahibəsində İranla gələcək əlaqələrdən, bundan sonra bu ölkə …