Bazar , 8 Fevral 2026
Drone Cameras

Gürcüstanda narkotikə görə 23 nəfər saxlanılıb, aralarında Azərbaycan vətəndaşı da var

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) son dövrdə həyata keçirilən genişmiqyaslı operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərinə görə 23 nəfərin saxlanıldığını açıqlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onlardan 14-ü narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslərdir.

Saxlanılanlar arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları da var. Onlar narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda qanunsuz dövriyyəyə buraxılması, satışına cəhd və satışına hazırlıqda ittiham olunurlar.

Onlar Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunurlar. Bu cinayətlərə görə, 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq davam edir.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …