Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Şabrançayda iki nəfər batıb

Hər iki şəxs işə gedən zaman selə düşüb

Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu Xəlfələr kəndindən keçən hissəsində iki nəfərin batdığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub:

“Müraciətlə əlaqədar FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib”.

Yerli saytların məlumatında onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs işə gedən zaman selə düşüb.

Onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumatlara həlak olan şəxslərin yaxınlarından və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …