Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.
“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 2:4 hesabı ilə məğlub olub.
“Neftçi”nin qollarını Zdenek Folprext və Cavid İmamverdiyev vurublar.
Qeyd edək ki, Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində yerli “Sivasspor” komandası ilə heç-heçə (0:0) oynayıb, Özbəkistanın “Nasaf” klubuna məğlub olub – 0:1.