Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb

“Report”un yerli bürosu xəbər verir ki, İstanbulda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub.

İkili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.

Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. İki ixtisas üzrə mütəxəssislərin hazırlanmasını hədəfləyən yeni əməkdaşlıq dövlət proqramı çərçivəsində həyata keçirilib.

Yeni ixtisaslarda təhsil alacaq tələbələr bir il NDU-da, bir il isə İstanbul Universitetində oxuyacaqlar.

Check Also

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət etdi

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə …