Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb

İsrail tərəfi Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi ilə bağlı HƏMAS-ın cavabını üçüncü tərəflərin vasitəçiliyi ilə alıb.

Boyukmillet.com “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklif olunan sazişə yekun cavabı alıb. Hazırda bu cavab diqqətlə öyrənilir”, – məlumatda bildirilib.

Check Also

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə …