Bazar , 11 Yanvar 2026
Drone Cameras

Qadın məhkum əri üçün həbsxanaya narkotik keçirməyə cəhd göstərib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …