Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan şəxslərin sayı 158 min 509 nəfər olub.

Boyukmillet.com-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib.

Ümumi verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 min 333-ü dəyişdirilən vəsiqələr olub.

Check Also

Azərbaycanda İcra Hakimiyyətində 14 vəzifəli şəxs işdən ÇIXARILDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, …