Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 

Check Also

“Bakı Metropoliteni” qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə birlikdə siqnalizasiya infrastrukturunun yenilənməsi və qatarların hərəkətinin …