Cümə , 13 Noyabr 2026
Drone Cameras

Kürdəmirdə 9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

Rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.

Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə yanaraq həlak olub.

Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …