Şənbə , 10 Yanvar 2026
Drone Cameras

“Fənərbağça” prezidentinin ekspertiza nəticəsi açıqlandı 

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan narkotiklərlə bağlı araşdırma davam edir.

Boyukmillet.com xəbər verir ki, istintaq çərçivəsində müayinədən keçirilən “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranın saç nümunəsində aparılan ekspertiza zamanı kokain maddəsinə rast gəlinib.

Məlumata əsasən, Saranın eyni vaxtda götürülən qan, sidik və dırnaq nümunələrində isə hər hansı narkotik maddə aşkarlanmayıb.

Hazırlanan ekspertiza rəyi İstanbul Cumhuriyyət Baş Prokurorluğuna göndərilib. Bildirilir ki, araşdırma davam edir və nəticələr əsasında hüquqi qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, Sadəddin Saranla bağlı məsələ üzrə yekun qərar istintaq və məhkəmə proseslərindən sonra açıqlanacaq.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …